Maraqlı

Bərpa edilmiş “iPad” planşetlərinin satışlarına başlanılıb

27 Avqust 2020 22:45
Baxış: 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple" şirkəti ABŞ, Kanada və bir sıra digər ölkələrdə rəsmən bərpa olunmuş 10,2 düymlük "iPad" planşetlərinin satışlarına başlayıb. Alıcılar yeni qurğularla müqayisədə 15 faiz qənaət edə biləcəklər.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  bütün rəsmən bərpa edilmiş kompüter və qurğular keyfiyyət nəzarətindən keçir, eləcə də tam yeni aksesuarlarla, məsələn, "Lightning" kabeli və qida bloku ilə təchiz edilir.
 
Bundan başqa, "Apple" şirkəti tərəfindən bərpa olunmuş "iPad" planşetləri üçün "AppleCare+" proqramını 69 dollara satın almaq imkanı ilə standart illik zəmanət təqdim edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.