Maraqlı

“Xiaomi”nin smartfonlarında ən yeni “5G” mesajlar dəstəyi əlçatan olub

22 Avqust 2020 08:15
Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xiaomi" şirkətinin smartfonlarında ənənəvi SMS mesajları nəzərəçarpacaq dərəcədə sıxışdıra biləcək texnologiya reallaşdırılıb. Söhbət ən yeni "5G" mesajlar texnologiyasından gedir.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda bütün qurğuların belə mesaj göndərmək və qəbul etmək üçün istifadə edilə bilməyəcəyini başa düşmək vacibdir. Bu halda yeni texnologiya yalnız beşinci nəsil mobil rabitə texnologiyasını dəstəkləyən cihazlarda deyil, həm də daha geniş yayılmış "4G" smartfonlarında işləyir.
 
Xatırladaq ki, "5G" mesajların xüsusiyyətləri arasında aşağıdakı imkanlar mövcuddur: göndərilən mətnin həcmi artırılıb, mətn, şəkil, audio, video, smaylik və kontaktlar daxil olmaqla bir neçə multimedia formatının dəstəklənməsi. Həmçinin onlayn və oflayn mesajlar, mesajların statusu haqqında hesabat və tarixçənin idarə edilməsi kimi imkanlar əlçatandır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.