Maraqlı

Türkiyənin təxirəsalınmaz xidmətləri bir nömrədə cəmləşəcək — Nazir açıqladı

20 Avqust 2020 20:50
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu ölkədə çoxdan gözlənilən dəyişikliyin təfərrüatlarından danışıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, polis, yanğınsöndürmə xidməti, təcili yardım kimi xidmətlərlə bir nömrə ilə əlaqə saxlamaq mümkün olacaq.

Süleyman Soylunun bu məsələ ilə bağlı bəyanatında qeyd olunub ki, yeni "112" xidməti daxil olan vətəndaş zənglərini intellektual proqram təminatı vasitəsilə təhlil edəcək.

"Gələn ilin iyun ayına qədər təcili xidmətlərini bir nömrədə birləşdirəcəyik. "112" sistemi ağıllı program ilə idarə olunacaq...", - deyə S.Soylu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.