Maraqlı

Photoshop saxta fotoları ayırd edə biləcək

18 Avqust 2020 07:51
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial mediada çox sayda fotoşəkil görürük. Ancaq bu fotoşəkillərin bəziləri həqiqəti əks etdirmir və üzərində işləndiyi üçün böyük problemlərə səbəb ola bilər. Adobe Photoshop-a əlavə edəcəyi bir xüsusiyyət sayəsində pozulmuş saxta fotoşəkilləri tez bir zamanda aşkar edə biləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir müddətdir Content Authenticity Initiative təşəbbüsü üzərində işləyən və internetdə yayılan saxta fotoşəkilləri azaltmağı hədəfləyən Adobe bu çərçivədə əhəmiyyətli bir addım atır. Şirkət öz kriptovalyutası sistemindən istifadə edərək əsl fotonu saxtadan ayırmaq niyyətindədir.

Photoshop istifadəçilər tərəfindən hazırlanan şəkillərə etiketlər qoyacaq. Bu etiketlər fotoların orijinal mənbəyi haqqında məlumat verəcək və istifadəçi istənilən görüntünün orijinal fotoqrafının kim oldugunu, çəkiliş yeri və saatı paylaşılacaq.

Bundan əlavə, şəkillərin həqiqiliyini sübut etmək üçün bu detallar kriptoqrafik olaraq imzalanacaq. Adobe-in təşəbüssünü bəyənən Feysbuk və Tvitter kimi sosial media platformalarının da bunu dəstəkləyəcəyi gözlənilir. Həmçinin kamera istehsalçıları və proqram mütəxəssislərinin əməkdaşlığı ilə saxta fotoların qarşısını almaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.