Maraqlı

Tənbəllik ciddi xəstəliyin əlaməti ola bilər ARAŞDIMA

15 Avqust 2020 21:55
Baxış: 1 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tənbəllik insan təbiətinin adi xüsusiyyətlərindən olsa da, bəzən o təhlükəli xəstəliyin əlaməti də ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu barədə psixiatr-psixioanalitik Pavel Kaçalov danışıb.

"Tənbəllik insana xas bir şeydir. Bəzən deyirlər ki, ərincəklik tərəqqinin mühərrikidir, çünki bir çox şeylər insanın özünə əziyyət verməməsi səbəbindən ixtira olunub. Dilçilər də insanların tənbəl olduğunu görə bilər. Belə ki, dillər yaşayıb inkişaf etdikcə insanlar mürəkkəb səsləri tələffüz etməyə ərinirlər. Bu səbəbdən nəsillər ötdükcə biz o səsləri sadələşdiririk", - P.Kaçalov vurğulayıb.

Onun sözlərinə görə, normal tənbəllik orqanizmin artıq işdən azad olmağa "köməyi" üçün müdafiə reaksiyasıdır:

"Bununla belə, başqa tip tənbəlliklər də mövcuddur. İnsanın heç nə istəmədiyi və heç nə edə bilmədiyi zaman. Bundan əlavə, insan özünü nəsə etməyə məcbur belə edə bilmir. Belə olduğu halda artıq mütəxəssisə müraciət etmək vacibdir".

Psixiatr bu vəziyyəti depressiya ilə əlaqələndirib:

"Bu böyük ehtimalla depressiya ilə bağlıdır. Belə pozuntu olduğu halda psixiatra getmək lazımdır. İndi depressiyadan xilas edən çox sayda antidepressantlar var. Anidən dəyişən və birdən-birə özünə bənzəməyən insanlar, ən kiçik məsələdə belə güc verə bilməyənlər psixiatra üz tutmalıdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.