Maraqlı

WeChat-ın App Store-dan silinməsi iPhone-nun qlobal satışlarına necə təsir edə bilər?

15 Avqust 2020 08:46
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə müddət bundan öncə Donald Trump, ABŞ şirkətlərinə Çinin Tencent şirkəti ilə əməkdaşlıq etməyə qadağa qoymuşdu. Qeyd etmək lazımdır ki, Tencent şirkəti Çində çox məşhur olan WeChat messencerinin sahibidir. Qərbdə olan istifadəçilərə bu qadağa heç bir böyük təsir göstərməsə də analitiklərin fikirlərinə əsasən o, Çində iPhone satışlarının kəskin şəkildə aşağı düşmələrinə gətirib çıxarda bilər. Bu barədə Phonearena saytı xəbər verib.

WeChat Çində ən məşhur tətbiqlərdən biridir. Milyarddan çox insan bu tətbiqdən brauzer, sosial şəbəkə tətbiqi, elektron poçt servisi, internet mağaza qismində istifadə edir və hətta onun köməyi ilə məsələn hansısa həkimin qəbuluna yazılır. Çinin Weibo sosial şəbəkəsində 1.2 milyon insan arasında aparılmış sorğuya əsasən istifadəçilərin 95%-i WeChat-ı itirmək əvəzinə öz iPhone-larından imtina etməyə hazırdır.

Məşhur analitik Ming-Chi Kuo-nun proqnozlarına əsasən əgər WeChat messenceri App Store platformasından silinsə, iPhone-nun qlobal satışları 25%-30% aşağı düşəcək. Bu səbəblə analitik həmçinin AirPods, iPad və Apple Watch modellərinin satışlarının da 15%-25% aşağı düşəcəyini istisna etmir. Buna baxmayaraq WeChat təmsilçiləri güman edirlər ki, Trump tərəfindən qəbul edilmiş qərar yalnız ABŞ istifadəçilərini əhatə edəcək və messencer App Store platformasının Çin versiyasında olduğu kimi qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.