TESS orbital teleskopu əsas missiyasını uğurla başa vurub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TESS orbital teleskopu əsas missiyası çərçivəsində bütün tapşırıqları yerinə yetirib, gecə səmasının xəritəsini 75 faiz təfsilatı ilə çəkib və Günəş sistemindən kənarda indiyədək məlum olmayan onlarca planeti kəşf edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin (GSFC) mətbuat xidməti məlumat yayıb. Kosmik Uçuşlar Mərkəzində TESS layihəsinin elmi rəhbəri Patrisiya Boyd deyib: "Teleskopumuz iki ildir çox keyfiyyətli müşahidə aparır, ən müxtəlif elmi problemləri öyrənən həmkarlarımız üçün maraqlı olacaq məlumatlar əldə edir. TESS-in genişlənmiş missiyasını işə salaraq, deyə bilərik ki, onun əsas hissəsi uğurla başa çatıb".
Ekzoplanetləri müşahidə etmək üçün nəzərdə tutulan TESS orbital teleskopu kosmosa 2018-ci ilin aprelində göndərilib. O, 2009-cu ildə kosmosa göndərilmiş və 8 il ərzində dörd mindən çox ekzoplanet kəşf etmiş Kepler teleskopunu əvəz edir.
Fəaliyyətinin birinci mərhələsində səmada Qu və Lira bürclərinin kəsişməsində yerləşən hissəni müşahidə etmiş Keplerdən fərqli olaraq, TESS əsas və genişlənmiş missiyası zamanı Qalaktikanın müxtəlif hissələrini müşahidə edərək "sərbəst rejimdə" işləyəcək.
Belə ki, iki il ərzində artıq 66 təsdiqlənmiş ekzoplanet kəşf edilib və 2 mindən çox namizəd aşkarlanıb. Bunların bir hissəsi çox parlaq səma cisimlərinin kənarlarında aşkarlanıb ki, onları Kepler prinsipcə müşahidə edə bilməyib. Alimlərin gözləntilərinə görə, TESS 2022-ci ilin sentyabrında başa çatacaq genişlənmiş missiyası müddətində daha çox obyekt kəşf edəcək. Missiya çərçivəsində, teleskop əvvəlcə səmanın cənub hissəsini təkrar öyrənəcək, sonra bizim Günəş sistemi müstəvisindən baxdığımız ulduzlarda ilk dəfə olaraq planet aşkarlamağa çalışacaq. Astronomların fikrincə, bu müşahidələr onlara digər ulduzlarda Yerin analoqunu tapmağa kömək edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
XƏBƏR LENTİ
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər





