Maraqlı

Microsoft 2030-cu ilə qədər "sıfır tullantı"lı şirkətə çevrilməyi planlaşdırır

11 Avqust 2020 21:15
Baxış: 1 712
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin əvvəlində növbəti 10 il ərzində karbonsuz şirkət olma hədəfini açıqlayan Microsoft 2030-cu ilə qədər sıfır tullantılı əməliyyat sisteminə keçməyi hədəflədiyini açıqladı.

Milli.Az ted.az-a istinadən bildirir ki, sıfır tullantıların əmələ gəlməsi üçün Microsoft Dairəvi Mərkəzləri yaratmağa hazırlaşan şirkət, serverlərini və aparatlarını təkrar istifadə etməyi planlaşdırır.

Sıfır tullantıların hədəfi Microsoft-un ilin əvvəlində elan etdiyi ekoloji davamlılıq təşəbbüsünün üçüncü hissəsidir. Şirkət dörd əsas başlıq altında "karbon-su-ekosistem - tullantılar" kimi müzakirə olunan ekoloji dayanıqlılığa dair iddialı hədəflər qoyduğu kimi iş ortaqlarını, işçilərini və müştərilərini eyni hədəfə çatmaq üçün texnologiyası ilə dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.