Maraqlı

“Samsung” koronavirusun aşkarlanması üçün mərkəz açıb

6 Avqust 2020 08:59
Baxış: 1 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Samsung" koronavirusun aşkarlanması üçün mərkəz açmaqla belə laboratoriyaya malik ilk Cənubi Koreya şirkəti olub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət əməkdaşlarının koronavirus infeksiyasının aşkarlanması üçün testlər aparacaq mərkəz Xvason şəhərində yerləşir. Laboratoriya Cənubi Koreya nəhənginin yarımkeçirici məhsullar istehsalı üzrə zavodun tərkibinə daxildir.

Məlumata görə, mərkəzdə həm nümunələrin toplanılması, həm də tədqiqatların aparılması və digər vəzifələrə görə məsul olan altı mütəxəssis çalışacaq. "Samsung" nümayəndələrinin sözlərinə görə, laboratoriya şirkətdə çoxlu mütəxəssisin çalışması səbəbindən koronavirus epidemiyası dövründə vaxta qənaətə xidmət edəcək.

Şirkət ölkənin digər şəhərlərində də analoji mərkəzlər açmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.