Maraqlı

Rusiyada koronavirusa qarşı vaksin avqustun ortasında satışa çıxarıla bilər

4 Avqust 2020 07:51
Baxış: 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın N.F.Hamalei adına Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış koronavirusa qarşı vaksin Tibbi Tətbiq olunan Vasitələrin Ekspertizası Elmi Mərkəzinə ekspertizaya təqdim edilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, vaksinin 10-12 avqustda qeydiyyata alınacağı gözlənilir.

Bundan əlavə, vaksin 5-7 gün ərzində Səhiyyə sahəsinə Nəzarət üzrə Federal Xidmətdə yoxlanılacaq.

Qeyd edək ki, bundan əvvəl vaksini ilk olaraq risk qrupunda olan insanların - müəllimlər, həkimlər, həmçinin 1500-dən çox könüllülərin alacağı bildirilmişdi.

Onun effektivliyi və təhlükəsizliyindən tamamilə əmin olmaq üçün beş-altı ay vaxt tələb olunur. 2021-ci ilin yanvar-fevral aylarında vaksinin kütləvi dövriyyəyə buraxılması nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.