Maraqlı

Smartfonlar üçün “Gorilla Glass Victus” qoruyucu şüşəsi təqdim olunub

28 İyul 2020 07:11
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Corning" şirkəti smartfonlar üçün "Gorilla Glass Victus" adlı yeni qoruyucu şüşə təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, seriyada ən möhkəm şüşə kimi qələmə verilən yeni qoruyucu vasitənin həm hündürlükdən düşməyə, həm də cızılmaya (Gorilla Glass 3 buraxıldıqdan sonra cızılmaya qarşı dözümlülüyə az diqqət yetirilib) qarşı eyni səviyyədə dözümlü olması qeyd edilir.

Şirkət nümayəndələrinin sözlərinə görə, "Victus" cızılmaya davamlılıq baxımından "Gorilla Glass 6" şüşəsini 2 dəfə, rəqiblərini isə 4 dəfə üstələyir.

Bildirilir ki, "Victus" zədələnmədən 2 metr hündürlükdən düşməyə dözümlü olacaq. Müqayisə üçün qeyd edək ki, "Gorilla Glass 6" üçün rəsmi hündürlükdən düşmə həddi 1,6 metr, "Gorilla Glass 5" üçün 1,2 metr təşkil edir.

"Corning" şirkətinin rəsmi məlumatına görə, "Gorilla Glass Victus" şüşəsi ilə təchiz ediləcək ilk qurğu avqustun əvvəlində buraxılacaq "Samsung Galaxy Note20" və Note20 Ultra" smartfonları olacaq. Digər şirkətlər də "Gorilla Glass Victus" şüşəsinə malik qabaqcıl modellər hazırlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.