Maraqlı

Yeni “Gmail” evdə işi rahat edəcək

21 İyul 2020 08:11
Baxış: 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" şirkəti "Gmail" elektron poçtu servisinin məsafədən işin rahat təşkilinə yönələn dizayn və interfeysində dəyişikliklər hazırlayır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "Google Cloud Next '20: OnAir" adlı tədbirdən olan şəkillər tərtibatçı Tahin Rəhmanın "Twitter" sosial şəbəkəsində dərc edilib.

Məlumata görə, yeni "Gmail" "iş üçün yeni ev" şəklində inkişaf etdirilir. "Gmail" veb-versiya və əlavələrində bir neçə "Google" servisi, o cümlədən "Meet" videokonfrans servisi, "Chat" biznes messenceri, "Docs" və "Rooms" "bulud" sənədləri birləşir.

"Gmail" mobil əlavəsi dörd əsas bölmə - adi poçt üçün "Mail", həmkarlarla sürətli məlumat mübadiləsi üçün "Chat", videokonfranslar üçün "Slack" və "Meet" üslubunda qrup şəklində çatlar üçün "Rooms" ilə təchiz ediləcək. Bundan başqa, "Chat" və "Rooms"da istifadəçiyə cavab tələb edən prioritet məlumatlar barədə bildirişlər göndəriləcək. "Gmail" veb-versiyasında analoji bölmələr, eləcə də "Google Docs" yan paneldə yaradılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.