Maraqlı

Bitkoin mübadilələrin həcmi 35% artıb

18 İyul 2020 21:40
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə kriptovalyuta birjaları arasında keçirilən köçürmələrin həcmi 35% artıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Crystal Blockchain analitik Xidmətinin hesabatında deyilir.

Bu ilin əvvəlindən Bitkoin mübadiləsinin ümumi məbləği 33 milyard ABŞ dollarına çatıb, bu da həmin göstəricinin 24,5 milyard ABŞ dolları olduğu 2019-cu ilin birinci yarısının rəqəmlərindən 35% çoxdur.  

2013-cü ildə bu göstəricinin ümumi həcminin 91%-i "Böyük iyirmilik"(G20) ölkələrinin birjaları tərəfindən həyata keçirilib. 2020-ci ilin birinci yarısında isə bu rəqəm 45% təşkil edib.

Crystal Blockchain şirkətinin analitikləri kriptoindustriya tənzimlənməsinin sərtləşdirilməsi üçün müəyyən qlobal tendensiya inkişaf etdiyini və qeydiyyatdan keçməmiş mübadilələr sayının tədricən azalmasını gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.