Maraqlı

Zoom-dan önəmli elektron poçt açıqlaması - Yalnız bu linklərə daxil olun

18 İyul 2020 22:40
Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər pandemiyadan sonra xeyli aktuallaşan Zoom-un Microsoft Office 365 hesablarının oğurlanması üçün istifadə edildiyi müzakirə olunur. Buna səbəb kimi Zoom tərəfindən göndərilən elektron poçt mesajları göstərilir.

Milli.Az ted.az-a istinadən bildirir ki, Zoom rəsmiləri mövzu ilə bağlı açıqlama veriblər.

Bildirilib ki, bütün istifadəçilər Zoom-un adından göndərilən saxta elektron poçt mesajlarına qarşı diqqətli olmalıdırlar. Yalnız mənbəyi məlum olan, güvənli mesajları açmaq tövsiyə olunub. Qeyd edilib ki, Zoom tərəfindən göndərilən linklərin sonu yalnız zoom.us, zoom.com və ya zoom.com.cn ilə bitir. İstifadəçi linkə daxil olmazdan öncə onu diqqətlə nəzərdən keçirməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.