Maraqlı

“Apple” qurğuları Kanada və Avropada təmir ediləcək

11 İyul 2020 08:51
Baxış: 1 010
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Apple" korporasiyası rəqəmli texnikanın təmiri ilə məşğul olan 140-dan çox kənar şirkətin hazırda onun istehsal etdiyi qurğuların icazəli təmirinə imkan verən proqramda iştirak etməsini açıqlayıb. İyulun 8-dən etibarən Kanada və Avropada yerləşən emalatxanalar proqramda iştirak edə biləcəklər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, proqram müstəqil təmir emalatxanalarına "iPhone" smartfonları üçün sertifikatlaşdırılmış zəmanətli xidmət, məsələn, displey modulu və ya akkumulyatorun dəyişdirilməsini təklif etməyə imkan verir. İştirakçı şirkətlər "Apple Store" mağazaları və "Apple" tərəfindən icazəli xidmət tədarükçüləri kimi eyni orijinal ehtiyat hissələri, alətlər, təlim vəsaitləri, təmir və diaqnostika üzrə təlimatlardan istifadə edəcəklər.

Proqramın şərtlərinə görə, müstəqil emalatxanaların ştatında "Apple" tərəfindən sertifikatlaşdırılan təmiri aparacaq mütəxəssis mövcud olmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.