Maraqlı

“Samsung” şirkəti tərəfindən tapılmış material yarımkeçiricilər dünyasını dəyişdirə bilər

11 İyul 2020 08:11
Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung Advanced Institute of Technology" (SAIT) tədqiqat komandası Ulsan Milli Elm və Texnologiya İnstitutu və Kembric Universiteti ilə birgə yeni material - amorf bor nitriti (a-BN) kəşf ediblər. Məlumata görə, bu material növbəti nəsil yarımkeçiricilərinin istehsalını sürətləndirə bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, tədqiqatçıların sözlərinə görə, amorf bor nitridi öz sinfində ən aşağı dielektrik keçiriciliyinə malikdir. Bundan başqa, bu material güclü elektrik və mexaniki xüsusiyyətləri ilə səciyyələnir. Sözügedən material elektrik maneələrinin minimuma endirilməsi üçün qoşulmalarda izolyasiya kimi istifadə oluna bilər.

Yeni material olduqca böyük miqyasda istehsal edilə bilər. "Samsung" şirkəti amorf bor nitridindən əməli və daimi yaddaş modullarının hazırlanmasında istifadə etmək niyyətindədir, ancaq hələ ki hazır məhsulun çıxarılma müddəti haqqında danışmaq çox tezdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.