Maraqlı

Bu il təkpanelli kompüterlər 660 milyon dollara satılacaq - PROQNOZ

9 İyul 2020 22:50
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ResearchAndMarkets.com portalında tək panelli kompüter bazarı ilə bağlı proqnozlar yayılıb. Proqnoz müəllifinin fikrincə, yaxın illərdə bu bazar sürətlə və sabit şəkildə inkişaf edəcək. Bu il təkpanelli kompüterlər 660 milyon dollara satılacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2027-ci ildə isə sözügedən bazar 1,3 milyard dollara çatacaq.

Bu rəqəmlər orta illik 10.7% böyümə deməkdir. Eyni zamanda, Arm arxitekturasına əsaslanan modellər seqmentində ortalama 12% böyümə gözlənilir. 2027-ci ildə bu seqment 565,1 milyon dollara çatacaq.

X86 kompüterlərinin seqmentində orta illik artımın 10,7% olacağı proqnozlaşdırılır. Hazırda bu seqment qlobal təkpanelli kompüter bazarının 30,9%-ni tutur. Amerika Birləşmiş Ştatları indi satışların 27%-dən çoxunu təşkil edir. Bununla birlikdə, proqnozun əhatə etdiyi dövrdə Çin bazarı ABŞ-dan daha sürətli böyüyəcək - ildə orta hesabla 14.1%. Yaponiyada 7,3%, Almaniyada 8,3% səviyyəsində artım gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.