Maraqlı

Samsung, Huawei, Xiaomi və Apple şirkətlərinin bazar payı açıqlanıb

12 İyul 2020 23:50
Baxış: 2 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil şirkətlərin iyun ayı ərzində qlobal miqyasda bazar payı açıqlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda Global Stats analitik şirkəti məlumat yayıb.

Məlumata görə, ötən ay ərzində dünya üzrə Samsung 31.06%, Apple 25.26%, Huawei 10.69%, Xiaomi 8.55% bazar payına sahib olub.

İyun ayında Samsung şirkəti Azərbaycanda ən çox bazar payına sahib olan kompaniya olaraq qeydə alınıb. Ötən ayda sözügedən şirkətin ölkə üzrə bazar payı 50.63% olub. Xiaomi şirkətinin bazar payı 25.38%, Apple 12.29%, Huawei-də isə 4.73%-ə çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.