Maraqlı

“HONOR” brendi “X10 Max” smartfonunu təqdim edib

7 İyul 2020 08:51
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"HONOR" brendi yeni "X10 Max" smartfonunu təqdim edib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "HONOR X10 Max" smartfonu "Full HD+" təsvir ölçülü 7,09 düymlük IPS displeylə təchiz edilib. Qeyd edək ki, bu smartfon üçün qeyri-standart piksel yerləşməsinə malik xüsusi maye kristal matrisdən -  ənənəvi RGBRGB əvəzinə, RGBRGW istifadə olunur. Ağ subpikselin əlavə edilməsi maksimum parlaqlığı 780 nitədək yüksəltməyə kömək edib və eyni zamanda enerji istehlakını 14% azaldıb.

Yeni smartfon videonun keyfiyyətinin yaxşılaşdırılması üçün xüsusi alqoritmə malikdir. Məsələn, 480p və ya daha aşağı formatda çarxları izləyərkən şəklin təsvir ölçüsü avtomatik olaraq yaxşılaşır. Məzmunun "içərisinə daxil olmaq" üçün "X10 Max" aparatı  xüsusi gücləndiricilərə malik stereodinamiklərlə təchiz edilib. Bundan başqa, "HUAWEI Histen6.1" texnologiyası məzmundan asılı olaraq səsin keyfiyyətini yüksəldir.
 
Smartfon 8 nüvəli "MediaTek Dimensity 800" prosessoru ilə təchiz edilib və 5000 milliamper/saat tutumunda akkumulyatora malikdir. İstehsalçının sözlərinə görə, tam şarj musiqi dinləmə rejimində 50,2 saat, onlayn video izləmə rejimində 16,4 saat və ya oyun rejimində 12 saatadək çatır. 22,5 vatt gücündə sürətli enerjidoldurma texnologiyası nəzərdə tutulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.