Səssiz yoluxan, ömür boyu orqanizmdə yaşayan virus: Herpes müalicə olunurmu?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Geniş yayılan virus xəstəliklərindən biri də herpesdir. Herpes ən qədim viruslardan biri hesab olunur. Məlumatlara görə, hələ bizim eradan əvvəl Heredot tərəfindən təsvir olunub. Yunanca "Herpeine" sözundən götürülüb, mənası sürünən, sürünmək deməkdir. Bu viruslar insan və heyvan orqanizmində yayıla bilir. Herpesin ömür boyu xroniki formada orqanizmdə qaldığı, immun sisitemi zəifləyən zaman üzə çıxdığı bildirilir. Herpes deyəndə çoxları dodaqda yaranan uçuğu düşünür. Amma herpes bədəndə bir çox yerlərdə yayılır.
Milli.Az e-tibb.az-a istinadən herpes xəstəliyi barədə dermatoloq, uzman həkim Mehdi İskəndərlinin məqaləsini təqdim edir:
Herpes xəstəliyi nədən yaranır?
Bu bir virus xəstəliyidir. Törədicisi herpes simplex virusu 1 (HSV 1) və herpes simplex 2 -dir (HSV 2). HSV 1 əsasən ağız, dodaq və üz nahiyyəsində herpetik səpgilər yaradır. HSV 2 isə genital bğlgədə əsasən penis başı, penis şaftı, bud, qasıq və yanlarda herpetik səpgilər yaradır. Qadınlarda isə vagina ətrafında böyük və kiçik dodaqlarda, bud və yanlarda su toplayan qabarcıqlar, suluqlar verə bilər.
Herpesə kimlər yoluxur?
Əksər insanlar HSV 1 virusuna yoluxurlar. Ömründə bir dəfə olsa da hər kəsin dodağında uçuq dediyimiz su qabarcığı şəklində şikayətləri ola bilər. Cinsi aktivliyi yüksək olan şəxslərin əksəriyyəti isə HSV 2 virusuna yoluxurlar. Əksər hallarda bu viruslara insanlar səssiz yoluxurlar. Amma bəzilərində ilk yoluxma epizodu çox şiddətli keçir. Ağız içərisində yaralar, cinsiyyət bölgəsində (genital) yaralar, qızdırma, ağrı, şişkinlik, halsızlıq ola bilər.
Herpesə yoluxan hər kəs müalicə almalıdırmı?
Xeyr! Dediyimiz kimi əksər insanlar bu viruslara yoluxurlar. Amma onlardan az bir qismi herpes xəstəsi olur. Əksəriyyəti asemptomatik olur. Yəni heç bir şikayətləri olmur. Kimlərdə ki, vaxtaşırı yanma, göynəmə, qaşıntı verən, su qabarcıqları gösətərən qızartılı herpetik səpgilər yaranırsa onlara herpes xəstəsi demək olar. Bəzi insanlarda isə genital herpes həmlələri çox tez-tez təkrarlayır. Ayda bir neçə dəfə herpetik səpgilər yaran bilir. Bu isə pasientdə ciddi diskomfort yaradaraq həyat keyfiyyətini aşağı salır.
Herpes xəstəliyi müalicə olunurmu?
Əlbəttə, müalicə olunur! Bu xəstəliyinin kəskin vaxtında müvafiq həb, kremlər istifadə etməklə çox qısa zamanda şikayətləri söndürmək olur. Hətta ay ərzində bir neçə dəfə təkrarlayan genital herpes həmlələrini də uzun müddətliyinə yox etmək olur. Ümumiyyətlə, bu xəstəlik dərinin ən adi, ən çox öyrənilmiş və müalicəyə çox qısa zamanda müsbət cavab verən bir virus xəstəliyidir.
Herpes viruslarından qurtulmaq mümkündürmü?
Xeyr! Viruslardan qurtulmaq olmur, amma xəstəlikdən yəni herpetik səpgilərdən uzun müddətliyinə qurtulmaq olar. Ümumiyyətlə, istənilən virusa bir dəfə yoluxan insanlar bir daha ondan qurtula bilmir əksər hallarda. Onlar ömrün sonuna qədər hüceyrələrimizdə gizli şəkildə qalır. Herpes virusları da o cümlədən.
Genital herpesin qan analizləri varmı?
Bəli, var. Amma əksər hallarda dermatoloq və ya dəri həkimi bu analizləri istəmir. Yalnız xüsusi hallarda HSV 1 və HSV 2 analizlər istəniləndə qanda müsbət nəticələr aşkarlana bilər. Bu nəticələr xəstənin ömrünün sonuna qədər müsbət qalır. Heç bir müalicə ilə onu neqativləşdirmək olmur. Sağlam bir insan da HSV 1 və HSV 2 analizlərini verərəsə onlarda müsbət nəticələr çıxar. Lakin bu o demək deyil ki, onlar mütləq müalicə ediləməlidir. Genital herpes müalicəsi yalnız suluqlanma, qızartı, şişkinlik, ağrı, göynəmə və s. əlamətlər verdiyi təqdirdə dermatoloq və ya dəri həkimi tərəfindən təyin edilir.
Genital herpes xəstəliyindən sonsuzluq problemi yarana bilərmi?
Əsla! Bu xəsətlik müsbət proqnoza malikdir. Qadınlarda və kişilərdə sonsuzluq səbəbi ola bilməz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
XƏBƏR LENTİ
-
Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur
-
Zolaqlı geyimləri kombinləməyin 4 yolu
-
İngilis çay saati klassiki: Scone resepti
-
Bakıda yağışdan sonra yaranan gölməçə probleminə çarə - (Video)
-
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
-
Üstündən avtobus keçən qadının nəvəsi baş verənləri danışdı - (Video)
-
Bakıda sürücü motosikletçini vuraraq qaçdı (Video)
-
"Al Hadath": İran ABŞ ilə danışıqları vasitəçilərlə davam etdirir
-
Günün qoroskopu: Romantik münasibətlərdə xoş sürprizlər ola bilər
-
Messi yenidən "Barselona" forması geyinəcək
-
Osimhen üçün 150 milyonluq tələb: "Manchester United" hərəkətə keçdi
-
Hüseyn Məhəmmədoğlu:“Get dişini düzəlt, pulun yoxdur?”
-
Azərbaycan boksçuları 12 medal qazanıb (Foto)
-
Yasamalda yaşayış kompleksində mənzil yanıb - (Video)
-
“Goal” tarixin ən yaxşılarını seçdi
-
Bakıətrafı qəsəbələrdə qiymət 15% qalxacaq - (Video)
-
"Al Mayadeen": Tramp üzr istəməyənə qədər İran danışıqlara davam etməyəcək
-
Anomal istilərə görə Fransada 845 məktəb bağlanacaq
-
Yamal Messini keçdi
-
Moskvada binada güclü yanğın - 60 nəfər təxliyə edilib
-
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib
-
Yup-yumşaq, tək-tək pizza resepti
-
Xəyalənin 14 yaşlı qızı - (Foto)
-
ABŞ-də təyyarə qəzası - ölənlər var





