Maraqlı

Google 2025-ci ilə qədər şirkət rəhbərliyinin irqi tərkibini kökündən dəyişmək istəyir

23 İyun 2020 22:15
Baxış: 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google 2025-ci ilə qədər şirkət işçilərinin müxtəlif etnik və irqi qruplarından olan rəhbər şəxslərin sayını 30% artıracaq. Hazırda Google-un ABŞ filialında rəhbər vəzisində çalışan insanların 96%-i ağdərilər və ya asiyalılardır, regional ofislərdə menecerlərin 73%-i kişilərdir.

Milli.Az ted.az-a istinadən bildirir ki, namizədlərin işə götürülməsi xarici əmək bazarına keçəcək.

Google, Silikon Vadisindən olan digər şirkətlər kimi, artıq işə götürmə prosesini rekrutinq şirkətləri və ya daxili metod vasitəsilə həyata keçirir. Bu, kənar insanların vakansiyalar barədə məlumat almağına imkan vermir.

İşə qəbul edərkən Google, həmçinin irqi ayrıseçkiliyi də aradan qaldıracaq.

Hazırda afroamerikalı əməkdaşlar şikayət edirlər ki, onlar müsahibə zamanı daha ciddi şəkildə yoxlanılırlar. Google bu mübahisəli vəziyyəti aradan qaldırmaq niyyətindədir.

Bundan əlavə, şirkət qaradərili sahibkarlar üçün 150 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.