Maraqlı

Dünyada ən populyar smartfonlar məlum olub

23 İyun 2020 07:11
Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin birinci rübünün nəticəsinə görə, "Apple" bahalı smartfonlar seqmentində liderdir. Bu haqda "CounterPoint" tədqiqat agentliyi məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yuxarıda göstərilən dövrdə dünyada ən populyar 5 bahalı smartfondan 4-ü "Apple" şirkəti tərəfindən istehsal edilib. 30% paya malik "iPhone 11" aparatı liderdir. Növbəti yerlərdə "iPhone 11 Pro Max", "11 Pro" və "XR" qurğuları qərarlaşıblar. 3% bazar payına sahib olan "Huawei Mate 30 Pro 5G" aparatı ilk beşlikdə yer alıb.

Bu seqmentdə "Apple" brendinə məxsus satılmış smartfonların ümumi payı 57% təşkil edib. "Samsung", "Huawei" və "Oppo" aparatlarında bu göstərici müvafiq olaraq 19, 12 və 3% təşkil edib. Analitiklərin qiymətləndirməsinə görə, ilin birinci rübündə satılmış smartfonların ümumi sayının 22%-i bahalı qurğuların payına düşüb. Bu sinfə məxsus qurğular istehsalçılara təxminən 57% gəlir qazandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.