Maraqlı

Uşaqlarda koronavirusun əsas simptomları açıqlandı

20 İyun 2020 15:12
Baxış: 1 589
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda koronavirusun əsas əlamətləri hərarət, ishal və qusmadır. Alimlər Qərbi Çində dörd xəstəxanada araşdırma apardıqdan sonra bu nəticəyə gəliblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, onların tədqiqatları "PLoS Medicine" nəşrində dərc olunub.

COVID-19-a yoluxan uşaqların 76 faizi qızdırmadan əziyyət çəkir (yoluxan böyüklərdə bu əlamətə xəstələrin 50 faizdən az hissəsində rast gəlinir). Bundan əlavə, yoluxmuş uşaqların 62 faizində güclü öskürək aşkarlanıb, digər 12 faizində isə ishal və qusma müşahidə edilib.

Alimlər onu da qeyd edirlər ki, yetkinlik yaşına çatmayanlarda ağciyər problemi daha sonralar özünü göstərir.

Əvvəllər koronavirusa yoluxan bir çox uşaqda iltihab halları müşahidə edilirdi. Həkimlərin dediklərinə görə, bu simptom "Kavasaki" xəstəliyinə bənzəyir.

Sonradan sübut edildi ki, COVID-19 fonunda uşaqlarda ölümcül "sitokin fırtınası" (bədənin toxumalarına ziyan verən iltihab) inkişaf edə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.