Maraqlı

Qalaktikamızda 30-dan çox sivilizasiya ola bilər

20 İyun 2020 17:42
Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Nottingem Universitetinin astrofizikləri dünyanın da daxil olduğu Süd yolu kəhkəşanında 30-dan artıq mədəniyyət olduğunu irəli sürüb.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, universitetin astrofizikləri Tom Vestbi və digərləri maraqlı bir araşdırma aparıblar. Qrupda yer alan astrofiziklərdən Xristofer Konseliç bildirib ki, hazırda qalaktikada bir neçə aktiv sivilizasiyanın olması mümkündür.

Süd yolunda 250 min ulduz olduğunu deyən astrofizik əlavə edib ki, mümkün olan mədəniyyətlər 17 min işıq ili (1 işıq ili - 10 trilyon km) uzaqlıqdadır və mövcud texnologiya ilə əlaqə yaratmaq mümkün deyil.

Tom Vestbinin firkincə isə, digər mədəniyyətlərin kəşfi təkcə fərqli yaşam formalarını müəyyən etməyəcək, eyni zamanda dünyada olan həyatın keçmişi, gələcəyi ilə əlaqəli məlumatlar da verəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.