Yeni Lexus IS sedanı debüt edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dördüncü nəsil Lexus IS modelinin debütü, eyni zamanda, firma Lexus Driving Signature fəlsəfəsinin təqdimatı olub. Yeni fəlsəfəyə uyğun yaradılacaq bütün yeni Lexus modelləri daha "drayv" xüsusiyyətlərinə malik olacaqdırlar. Bu məqsədləri həyata keçirmək üçün, Toyota konserni Şimoyamada (Yaponiya) ayrıca test poliqonunu inşa edib. Trekin yaradıcılarının ilham mənbəyi əfsanəvi Nürburqrinq olub: trekin uzunluğu 5,3 kilometr, hündürlük fərqi isə 75 metrdir. Yeni Lexus IS sedanının idman xarakterini məhz burada cilalayıblar.
Milli.Az autograph.az-a istinadən bildirir ki, bununla belə, "dördüncü" Lexus IS sedanını tam yeni adlandırmaq olmaz. Yeni sedan, 2013-cü ildə debüt etmiş cari modelin hərtərəfli modernləşdirilməsinin nəticəsidir: yeni arxaötürməli GA-L platformasının olmasına baxmayaraq, avtomobil əvvəlki N platformasına əsaslanır. Bundan başqa, 2800 millimetrlik təkər bazası, gövdənin çərçivəsi və hətta bir sıra güc aqreqatları qorunub saxlanılmışdır. Ancaq bunu restaylinq də adlandırmaq olmaz, çünki edilən dəyişikliklərin sayı çoxdur.
Bütün xarici kuzov panelləri yenidir, hətta qapı girişlərinin forması da dəyişdirilib. Yenilənmiş sedan sələfindən 30 millimetr uzun və 5 millimetr hündür olub. İndi,Lexus IS modelinin uzunluğu 4705 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1435 millimetr təşkil edir. Kuzov gücləndirilmişdir: ön hissədəki qaynaq nöqtələrinin sayı artırılmış, radiatorun çərçivəsi möhkəmləndirilmiş, arxa dam dayaqları dəyişdirilmişdir.
Ön ikiqollu dayağın və arxa çoxqollu asqının arxitekturası eyni olsa da, ön asqının polad qolları alüminiumdan olanları ilə əvəzlənib (onlar 18% daha yüngüldürlər), stabilizator və yaylar isə, müvafiq olaraq, 17% və 20% çəki itiriblər. Amortizatorlar yeni klapanları əldə edib və daha həssas olublar. Standart təkər disklərinin ölçüsü 17-dən 18 düymə qədər artırılıb. Opsional olaraq, 19-düymlük disklər də təklif edilir.
Mühərriklər və transmissiyalar dəyişilməz qalıb. Baza modifikasiyası sayılan arxa ötürməli Lexus IS 300 sedanı 244 at qüvvəli 2,0-litrlik turbomühərrik və 8-diapazonlu "avtomat" ilə təchiz edilir. Tam ötürməli Lexus IS 300 AWD sedanı 264 at qüvvəli 3,5-litrlik atmosfer mühərrriki və 6-pilləli ötürmələr qutusu ilə təklif olunur. Eyni mühərrikin 315 at qüvvəli variantı ilə təchiz edilmiş Lexus IS 350 modifikasiyası həm arxa, həm də tam ötürmə, müvafiq olaraq, səkkiz və altı pilləli transmissiyalar ilə təklif edilir. Klassik ötürməyə malik olan IS 350 modeli sıfırdan 60 mil/saat (97 km/saat) həddinə 5,6 saniyəyə , tam ötürməli versiya isə 5.7 saniyəyə sürətlənir.
Bununla belə, hibrid güc qurğusu barədə məlumat verilməyib. Xatırladaq ki, əvvəlki sedan belə aqreqatla təklif edilirdi.
Salonda dəyişikliklər elə də ciddi xarakter daşımır: ön panelin forması və tərtibatı eynidır, sükan çarxı və klimat-kontrolun sensorlu zolaqları olan idarəetmə bloku da dəşişilməz qalıb. Ən nəzərə çarpan dəyişikliklərdən biri, konfiqurasiyadan asılı olaraq, mediasistemin ayrıca duran 8,0 və ya 10,3 düymlük ekranıdır (əvvəllər ön panelə quraşdırılırdı). "Musiqini" idarə etmək üçün mərkəzi tuneldə taçpad quraşdırılıb (əvvəllər coystik var idi), havalandırma sisteminin yan kənarlardakı deflektorları yuvarlaq formaya malik olublar.
Yalnız Lexus IS 350 modfikasiyası üçün nəzərdə tutulan F Sport versiyası daha aqressiv bamperləri, fərqli radiator toru, baqaj qapağındakı spoyleri və geniş arxa şinləri ilə seçilir. Salonda daha güclü dəstəyi olan ön oturacaqlar, digər cihazlar (mərkəzdə takometr ilə) paneli və müvafiq dekorasiyanı görmək olar. Bununla yanaşı, F Sport modifikasiyası üçün Dynamic Handling Package dəstini də sifariş etmək olar. Bu dəstə adaptiv asqı, arxa oxdakı özükilidlənən Torsen differensialı , yüngül BBS təkər diskləri və ən ekstremal Sport S + hərəkət rejimi daxil edilmişdir.
Sedanın standart təchizatına radar və kamerası olan Lexus Safety System+ kompleksi də daxil edilib. Bu kompleks, avtomatik əyləcləmə və zolaqda saxlama sistemlərinin, habelə adaptiv kruiz-kontrolun mövcudluğunu nəzərdə tutur.
Yeni Lexus IS modelinin əsas satış bazarı ABŞ olacaqdır. Yeni modelin satışlarına payızın sonuna yaxın başlanacaqdır. Bundan başqa, sedanlar Yaponiya və Avstraliyada, Yaxın Şərqdə, Asiya və Cənubi Amerikanın bəzi ölkələrində satılacaqdır. Avropa ölkələri bu siyahıdan çıxarılıb: Lexus şirkəti BMW 3 Series və Mercedes C-Class modelləri ilə rəqabət aparmaqdan imtina etmək qərarına gəlib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Milan" və "İnter"in yeni stadionunun adı bəlli oldu - (Foto)
-
Elgiz Əkbər: “Heç sərçə də atmadılar” - (Video)
XƏBƏR LENTİ
-
İnternetin keyfiyyəti pis olsa, 2000 manat cərimə ödəyəcəklər
-
İsrail 450 gün sonra jurnalisti azad etməyə məcbur oldu
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır





