Maraqlı

Type-X döyüş robotunun prototipi təqdim edilib

20 İyun 2020 19:15
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Robotun hazırlığı bu ilin ikinci yarısında yekunlaşa bilər.

Type-X döyüş izləmə robotunun prototipinin şəbəkədə ilk şəkilləri yayımlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki,  "gələcəyin döyüş maşınının prototipi" adlandırılan cihazın hazırlanması ilə Milrem Robotics şirkətinin mühəndisləri məşğul olurlar. Görünüşcə robot əsasən döyüş tanklarına bənzəyir. Robota 50 mm-lik silah və 7.62 mm kalibrli pulemyot quraşdırmaq da mümkündür. Maraqlıdır ki, bəzi məlumatlarda şirkətin prototipin inşasını bu ilin ikinci, bəzi xəbərlərdə isə üçüncü rübünün sonunda başa çatdırmaq niyyətində olduğu bildirilir. Eyni zamanda, yeni döyüş kompleksinin tam sınaqları oktyabr ayında reallaşa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.