Maraqlı

Smartfon bazarının lideri dəyişdi

18 İyun 2020 22:55
Baxış: 1 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın aparıcı smartfon istehsalçılarının üçlüyündə dəyişiklik baş verib. Bununla da əvvəlki bazar lideri olan Samsung ikinci yerə sahib olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, 2020-ci ilin aprel ayından etibarən "Huawei" şirkəti smartfon bazarının lideri olub.

Çin istehsalçısı bazarın 19%-ini ələ keçirməyi bacarıb, Samsung isə ondan 2% geridə qalaraq bazarın 17%-ni təşkil edir.

Üçüncü yeri Apple şirkəti tutmağa davam edir.

Ekspertlər belə bir vəziyyətə gətirib çıxaran bir neçə səbəbi qeyd edirlər:

Birincisi, "Huawei" ABŞ tərəfindən tətbiq edilən sanksiyalara görə mağazasını inkişaf etdirmək üçün maraqlı məhsullar təklif edir. Bundan başqa, Amerika Hakimiyyəti ilə yaranan münaqişə istehsalçının öz bazarında daha fəal şəkildə dəstəklənməsinə gətirib çıxarır.

İkincisi, COVİD-19 pandemiyası ilə bağlı yaranan vəziyyət də buna təsir edə bilər. Aprel ayında Avropa və ABŞ bazarı koronavirusun yayılmasından əziyyət çəkirdi, buna görə də bu, Samsung-un satışlarına təsir göstərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.