Maraqlı

“OPPO A91” smartfonu təqdim edilib

13 İyun 2020 08:05
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"OPPO" şirkəti ilk növbədə işgüzar insanlar üçün nəzərdə tutulmuş qabaqcıl smartfon təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, orta qiymət sinfinə məxsus smartfon "AMOLED" matrisli və "Full HD " təsvir ölçülü 6,4 düymlük ekranla təchiz edilib. Displey "Gorilla Glass 5" şüşəsi ilə qorunur. Barmaq izləri skaneri ekranın alt hissəsində yerləşdirilib və təxminən 0,3 saniyə ərzində reaksiya göstərir.

Arxa paneldə 4 kameradan ibarət sensor yerləşdirilib. Əsas modul 48 mp-lik təsvir ölçüsünə (f/1.7) malikdir və dörd pikseli birində birləşdirmək dəstəyi əldə edib. Həmçinin smartfonda 8 mp-lik (f/2.2) genişbucaqlı sensor var, sonuncu 3 sm məsafədən makro rejimdə foto çəkiliş etməyə imkan verir. Təsvir ölçüləri 2 mp olan digər iki sensor portret çəkilişində istifadə edilir. Ön kameranın təsvir ölçüsü 16 mp-dir.

Smartfon 2,1 QHs takt tezlikli 8 nüvəli "MediaTek Helio P70" prosessoru ilə təchiz edilib, əməli yaddaşın tutumu 8 QB, daxili yaddaşın tutumu isə 128 QB təşkil edir. "A91" aparatı, həmçinin sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 4025 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Adapter 72 dəqiqə ərzində enerjini tamamilə bərpa etmək imkanına malikdir.

Telefonda qulaqlıqlar üçün standart konnektor saxlanılıb, həmçinin istehsalçılar təmassız ödənişlər üçün "NFC" çipi quraşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.