Maraqlı

Mütəxəssis smartfona antivirusun quraşdırılmasının vacibliyini qiymətləndirib

11 İyun 2020 08:31
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Android" əməliyyat sistemi ilə işləyən qurğu sahiblərinin öz smartfonlarına antivirus proqramı quraşdırması vacibdir, çünki "iOS"dan fərqli olaraq, sözügedən sistem haker hücumları qarşısında daha dayanıqsızdır. Bu barədə Maliyyə və İnvestisiyaların İdarəetməsi Akademiyasının İT mütəxəssisi Aleksey Kriçevski deyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, o deyib ki, "Android" - bu, "Apple"dan başqa bütün smartfon istehsalçıları tərəfindən istifadə olunan açıq əməliyyat sistemidir.

"Bu, haker və fırıldaqçıların fəaliyyəti üçün daha çox imkan yaradır" - mütəxəssis deyib.

Onun sözlərinə görə, "Google" şirkətinin öz antivirusunu çıxarmasına baxmayaraq, əlavə antivirus proqramının quraşdırılması cihazı daha yaxşı müdafiə etməyə imkan verir.

"Ödənişsiz proqramlar arasında "Avast" ən populyarıdır və onun haqqında rəylərin əksəriyyəti qənaətbəxşdir. Ödənişli antiviruslar arasında "Eset NOD32" və "Kaspersky"ə diqqət yetirmək lazımdır" - Kriçevski deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.