Maraqlı

Amerika vətəndaşları etiraz əlaməti olaraq Apple mağazalarını qarət etdi

6 İyun 2020 19:20
Baxış: 846
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İrqçiliyə etiraz edən amerikalılar Apple mağazalarının şüşələrini qıraraq içəri daxil olublar.

Milli.Az ted.az-a istinadən bildirir ki, buna səbəb qaradərili Corc Floydun polis nəzarətinə alındığı zaman öldürülməsi olub. Bundan sonra hadisə baş verən ərazidəki etiraz aksiyaları bütün ölkəyə yayılıb. Etirazlar zamanı bir neçə texnoloji avadanlıqlar satılan mağaza qarət olunub. Ən çox ziyan çəkən isə Apple mağazaları olub.

Şirkət rəhbərliyi oğurlanan cihazların işlək vəziyyətdə olmadığını bildirib. Çünki Apple mağazalarında insanların test etməsi üçün qoyulan cihazlar mağazadan kənarda işləməyən alqoritmə sahibdir.

Apple oğurlanan telefonlara mesaj göndərib. Mesajda oğruların əslində izləndiyi, yerinin bəlli olduğu vurğulanır. Həmçinin şirkət oğruları telefonları geri qaytarmağa çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.