Maraqlı

Alimlər natrium-ion batareyası hazırlayıblar

4 İyun 2020 08:31
Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi "ACS Energy Letters" jurnalında təsvir edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, litium-ion akkumulyatorları hər yerdə (məsələn, mobil telefonlar, noutbuk və elektrik avtomobilləri) istifadə olunur. Ancaq bu batareyaların istehsalı üçün litium və kobalt kimi bahalı və nadir materiallar tələb olunur.

Elektrik avtomobillərinə və elektrik enerjisinin saxlanılmasına tələbat artdıqca bu materiallar daha da əlçatmaz olacaq - buna görə litium batareyaları indiki halında enerji daşıyıcılarına artan tələbatın təmin olunması üçün problemə çevriləcək.

Ucuz, əlçatan və sabit natriumdan hazırlanmış natrium-ion batareyaları litium-ion batareyalarını əvəz etmək üçün yaxşı namizəd ola bilərlər. Ancaq hələ ki sözügedən batareyaların tutumu litium-ion batareyaları ilə müqayisədə çox aşağıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.