Maraqlı

Yeni Nissan Z modeli videoçarxda nümayiş etdirilib - VİDEO

2 İyun 2020 23:01
Baxış: 1 180

İri miqyaslı yenidənqurmanı həyata keçirləcəyini elan edən Nissan şirkəti yaxın üç ildə 12 yeni model təqdim etmək niyyətində olduğunu da bildirib. Bu modellərin arasında Nissan 370Z kupesinin varisi də var.

Yeni Nissan Z idman avtomobili S30 kupesinə, yəni XX əsrin 70-ci illərində buraxılmış Datsun 240Z modelinə bənzəyəcəkdir,. Yeni sportkar 400 at qüvvəli 3,0-litrlik iki turbokompressorlu V6 mühərriki və iki ötürmə qutusu - 9 diapazonlu avtomat və mexaniki ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Böyük ehtimalla, kupe Nissan 400Z adını alacaq və texniki cəhətdən Infiniti Q60 modelinə yaxın olacaqdır.

Müvafiq olaraq, Z modeli ikiqollu ön asqı və çoxqollu arxa asqıs olan təkmilləşdirilmiş FM platformasında inşa ediləcəkdir. Ön oxu qoşan elektrohidravlik muftası olan tam ötürmə sistemi Nismo indeksini daşıyacaq versiyaya qismət olacaqdır. Z Nismo modeli daha güclü mühərrik malik olacaqdırlar: altısilindrli mühərrik 470 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcəkdir.

Hazırki Nissan 370Z modeli 2009-cu ildən bəri istehsal edilir. İdman avtomobili 3,7-litrlik altısilindrli atmosfer mühərriki ilə təchiz edilir. Güc qurğusunun hasilatı avtomobilin satıldığı bazardan asılıdır və 328 ilə 355 at qüvvəsi arasında dəyişir. Transmissya - 6-pilləli mexaniki ötürmələr qutusu və ya 7-pilləli "avtomatdır".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.