Maraqlı

Apple-ın başı dərddə: iOS 13,5-də daha bir xəta

28 May 2020 19:10
Baxış: 1 403
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple-ın qısa müddət əvvəl aktivləşdirdiyi yeni mobil əməliyyat sistemi versiyası olan iOS 13,5 ilə bağlı narazılıq yaranıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, xeyli sayda istifadəçi iOS 13,5 xətası ilə bağlı şikayətlənir.

İstifadəçilərin dediklərinə görə, bəzi tətbiqləri istifadə etmək istərkən xəbərdarlıq mesajı görünür və proqram açılmır. Sözügedən xəbərdarlıqda "Bu tətbiq artıq sizinlə paylaşılmır" deyilir.

Həm iPhone, həm də iPad tətbiqlərində bu xəta ilə qarşılaşan istifadəçilərin olduğu ortaya çıxıb.

Diqqət çəkən başqa detal isə bu xətanın əslində sadəcə son yenilənmə ilə sərhədli olmadığıdır. Bəzi istifadəçilərin mobil cihazlarında bənzər xəta mesajı görünsə də, telefonlarında iOS 13,5 yox, iOS 13.4.1 versiyasıdır. Bu da xətanın qaynağı barədə sualları daha qarmaşıq hala gətirir.

Qeyd edək ki, Apple rəsmiləri məsələ ilə bağlı susqunluqlarını qoruyurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.