Bu il “IFA” sərgisi fərqli formatda keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sentyabrın əvvəlində keçirilən illik "IFA" elektronika sərgisi bu il innovativ formatda keçiriləcək. Bu barədə apreldə məlumat verən sərginin təşkilat komitəsi bu günlərdə keçirilmiş onlayn konfrans zamanı format haqqında ətraflı məlumat təqdim edib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu il sentyabrın 3-5-də keçiriləcək "IFA" sərgisi "COVİD-19" pandemiyası yayılmağa başladığı gündən texnoloji sahədə ilk ən böyük konfrans olacaq. Gözləntilərin əksinə olaraq sərgi qismən oflayn rejimdə keçiriləcək, iştirakçıların sayı məhdudlaşdırılacaq və onların hamısına şəxsi dəvətnamələr göndəriləcək.
Sərginin icraçı direktoru Yens Haytekerin sözlərinə görə, Berlində oktyabrın sonunadək beş mindən çox insanın iştirakı ilə kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutan məhdudiyyətlər şəraitində sərgi dörd ayrı tədbirə bölünəcək və onların hər birində gündə mindən çox adama iştiraka icazə verilməyəcək. Sərginin bir sıra tədbirləri isə onlayn rejimdə keçiriləcək.
İcraçı direktor əlavə edib ki, təşkilatçılar iştirakçılar arasında sosial məsafəyə əməl etmək və koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı digər tövsiyələri yerinə yetirmək üçün hakimiyyətlə sıx əməkdaşlıq edir.
Bundan əvvəl koronavirus epidemiyası bir sıra böyük tədbirlərin, o cümlədən Barselonada "MWC" mobil sənaye sərgisi, bir neçə avtomobil salonları və böyük texnoloji şirkətlərin konfranslarının ləğv edilməsi və ya onlayn rejimə keçirilməsinə səbəb olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





