Maraqlı

Zukerberq internetin tənzimlənməsinin Çin modelinə qarşı öz fikrini bildirib

21 May 2020 08:31
0 Şərh     Baxış: 719
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook"un direktoru Mark Zukerberq dünyada internetin Çin modelinin yayılmasının qarşısını almağa səsləyib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Belçikanın "CERRE" müzakirə platforması tərəfindən tərtib edilmiş teledebat zamanı Zukerberq deyib ki, Çin modeli insan hüquqlarına məhəl qoymur.

"Bu, (Çin modelinin yayılması) həqiqətən təhlükəlidir. Mən belə bir modelin digər ölkələrə yayılmasından narahatam" - "Politico" qəzeti Zukerberqin sözündən sitat gətirib.

Çin əvvəllər ABŞ-ın insan hüquqları sahəsi ilə bağlı tənqidlərini təkzib edirdi və özü də ABŞ-da insan hüquqları vəziyyətini tənqid edən hesabatlar çıxarırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.