Maraqlı

Bu dərman koronavirusu tez sağaldır

19 May 2020 23:05
0 Şərh     Baxış: 5 459
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnterferon"un qəbulu koronavirusa yoluxmuş şəxslərin sağalmasını sürətləndirir.

Bu barədə beynəlxalq tədqiqatçılar qrupunun "Frontiers in Immunology" jurnalında dərc olunan məqalələrində bildirilib.

Tibb işçiləri 77 yetkin pasiyentin müalicəsi üçün "İnterferon-a2b" və "Arbidol"dan istifadə ediblər. Xəstələr gün ərzində 5 milliqram "İnterferon-a2b", ya gündə üç dəfə 200 milliqram "Arbidol", yaxud hər iki preparatın kombinasiyasını qəbul ediblər. Yekunda "Arbidol"la birlikdə, yaxud ayrılıqda istifadəsindən asılı olmayaraq, "İnterferon" qəbul edən pasiyentlərin yeddi gün daha tez sağaldığı məlum olub.

İddia olunur ki, "İnterferon-a2b" yuxarı tənəffüs yollarında müəyyən edilən SARS-CoV-2 hissəciklərinin sayını əhəmiyyətli dərəcədə azaldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.