Bu ayda 1 ayə oxuyan, başqa vaxtlarda Quran xətm edən kimidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah Təala Ramazan ayında İlahi süfrəsini açar və bizi qonaq edər. Bizə buyurur ki, siz Rəhmanın qonağısınız və bizləri ziyufi-rəhman adlandırır.
Ancaq bu süfrədə hər bir qonağın özünəməxsus yeri vardır. Allah Təala buyurar ki, sizlərin hamınız Mənim qonağımsınız və bu ayda əgər Məni çağırsanız, sizin dəvətinizə müsbət cavab verər və gələrəm.
Uca Allah buyurur ki, əgər Mənim qonaqlığımı qəbul etsəniz, Mən də sizin qonağınız olaram. Belə deyildir ki, Allah ancaq qonaqlıq versin və qonaq olmasın. Allah - sınmış qəlblərin qonağıdır.
Ramazan ayı - Quranın nazil olduğu aydır. Bu ayda Qədr gecələri vardır ki, min aydan daha üstündür. Həzrət Peyğəmbər (s) buyurur: "Bütün səma kitabları Ramazan ayında nazil olmuşdur. Ramazan ayı - Allahın ən üstün ayıdır".
Qurani-Kərimdə buyurulur: "Ramazan ayı - insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır". ("Bəqərə" 185).
İmam Sadiq (ə) buyurur: "Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır".
Çünki bu ayda Quran oxumağa xüsusi savab təyin edilmişdir. Hər kim bu ayda Quran oxuyarsa, başqa aylarda yazılan savabın bir neçə qat daha çoxu onun əməl dəftərinə yazılar.
Həzrət Peyğəmbər (s) buyurur: "O şəxs ki, bir gecədə 10 ayə oxuyarsa, yolunu azmışların dəstəsindən xaric olar.
Hər kim 50 ayə oxuyarsa, zakirlərin zümrəsindən yazılar.
Hər kim 100 ayə oxuyarsa, qanitinlərin zümrəsindən olacaqdır.
Hər kim 200 ayə oxuyarsa, mütilərin dəstəsindən olar.
Hər kim 300 ayə oxuyarsa, xilas olmuşlardan olar.
Hər kim 500 ayə oxuyarsa, müctəhidlərin dəstəsindən olar".
Bəli, Ramazan ayı - Quranın nazil olduğu və həmçinin Quranın baharı olan mübarək aydır. Hər kim bu ayda Quran oxuyarsa, bir çox fəzilətlərə çatar.
Bununla yanaşı, Ramazan ayı günahların bağışlanıldığı, ruzinin artdığı, yaxşı əməllərin savabının artdığı, duaların yerinə yetdiyi aydır. Xoş olsun o kəsin halına ki, bu ayın hər anından bəhrə aparar.
İmam Rza (ə) buyurur: "Ramazan ayında yaxşı əməllər qəbul olar və günahlar bağışlanar. Hər kim Ramazan ayında Allah Kitabından bir ayə oxuyarsa, o kəs kimi olar ki, qalan aylarda bir Quran xətm etmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
XƏBƏR LENTİ
-
Mum və ülgüc yoxdur: Asiyalı qadınların tüklərdən xilas olma formulu
-
Bakıda avtomobil iki yerə bölündü
-
Unitazları əhəng daşı kimi ağardan üsul: Cəmi iki məhsul kifayətdir
-
Bu üsuldan sonra tomat pastası aylarla qalsa belə kiflənmir
-
Sumqayıtda zəncirvari qəza: xəsarət alanlar var (Foto)
-
Azərbaycan güləşçiləri Avropa çempionatında finala yüksəliblər
-
Anar Bayramov Səbuhi Həsənova yüksək vəzifə verdi
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə bir az səbirli olun
-
Yurgen Kloppdan Donald Tramp və FİFA-ya sərt reaksiya
-
Mesajınızı "oxundu" edib cavab verməyən insanların 4 ortaq xüsusiyyəti
-
Seyfəddin Rəhimov vəfat etdi
-
"İynə və dərmanlar arıqlamağa kömək etmədi"
-
Soyuducuya bir rulon tualet kağızı qoymağın faydası
-
Qarğıdalı ununda közlənmiş badımcan qızartması
-
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir
-
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO
-
Portuqaliya - İspaniya: Heyətlər
-
"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin
-
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub (Video)
-
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
-
Rutte: NATO Ukraynanı dəstəkləməyə davam edəcək
-
Anna Asti tək qalmaq üçün bir kəndi satın aldı
-
Qaqik Tsarukyan saxlanıldı





