Maraqlı

“Microsoft” şirkəti “Windows” üçün mükəmməl kompüterin parametrlərini açıqlayıb

16 May 2020 08:25
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" şirkəti "Windows" sisteminin idarəetməsi altında işləyən kompüterlər üçün sistem tələblərinin siyahısını yeniləyib. Müvafiq sənədlər şirkətin saytında dərc edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un versiyasına görə, "Windows 7" və "Windows 8" sistemlərinin idarəetməsi altında işləyən mükəmməl fərdi kompüter altıncı nəsil "Intel" və ya "AMD" prosessorları ilə təchiz edilməlidir. Həmçinin "Intel Atom", "Celeron" və "Pentium" prosessorları ilə olan konfiqurasiyadan istifadə də mümkündür.

"Windows 10 1709"dan başlayaraq sistem səkkizinci nəsil "Intel" və ya yeddinci nəsil "AMD" çiplərini dəstəkləyir, həmçinin "Qualcomm Snapdragon 835" prosessorundan istifadə mümkündür. "Windows 10 2004" yeniləməsi "Intel Core i3", "i5", "i7", "i9", "i10" və yeddinci nəsil "AMD" çipləri daxil olmaqla 10-cu nəsil "Intel" prosessorları ilə düzgün işləyə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.