Maraqlı

LTE və “5G” routerlər bazarında ikirəqəmli artım proqnozlaşdırılır

16 May 2020 07:31
0 Şərh     Baxış: 1 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"IDC" tədqiqat agentliyinin analitikləri 2020-ci ildə LTE routerlərin satış həcmində ikirəqəmli artım və cari ilin ikinci yarısında ayrı-ayrı regionlarda kommersiya tətbiqinə başlanılacaq "5G" dəstəkli simsiz marşrutlayıcılara yüksək tələbatın olacağını proqnozlaşdırırlar.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2019-cu ildə "5G" və LTE marşrutlayıcı/şlüzlər bazarının həcmi 979,3 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilədək bu göstəricinin təxminən 3 milyard ABŞ dollarınadək artacağı gözlənilir.

Regional baxımdan Şimali Amerika istehlak yönümlü LTE routerlərin ən böyük satış bazarı olaraq qalacaq, ancaq Asiya-Sakit okean regionunda (Yaponiya daxil olmaqla) satış həcmi daha sürətlə artacaq. Bundan başqa, ABŞ və Avstraliya "5G" məhsullar üçün əsas sınaq məkanı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.