Maraqlı

“Facebook” pulsuz internet təklif edib

12 May 2020 08:21
0 Şərh     Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti internetə pulsuz çıxışa imkan verən "Discover" layihəsini istifadəyə verib. Hələ ki layihə yalnız Peruda işləyir. İndi "Discover" layihəsi "Android" üçün proqram formatında, həmçinin veb proqramlar formatında əlçatandır və 4 rabitə operatoru ilə işləyir. Lakin məzmun cəhətdən məhdudiyyətlər var. Video, musiqi və başqa "ağır" formatlar dəstəklənmir. Digər formatlar üçün gündəlik 10 MB həcmində məhdudiyyət qoyulub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Facebook"un bəyanatında deyilir ki, yeni məhsul ilk növbədə o hallar üçün nəzərdə tutulub ki, istifadəçinin trafiki bitib, lakin rabitəyə ehtiyac var. Aydındır ki, "Facebook" operatorların xərclərini hansısa yolla kompensasiya edəcək və bu, dünyanın əsas sosial şəbəkəsinin hər kəsi internetlə təmin etmək üçün ilk cəhdi deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.