Maraqlı

“Tinder”də videoünsiyyət funksiyası yaradılacaq

12 May 2020 07:41
0 Şərh     Baxış: 939
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tinder" mobil əlavəsində videoünsiyyət vasitəsilə tanış olmağa imkan verən yeni funksiya istifadəyə veriləcək. Ünsiyyəti yalnız təkbətək formatda qurmaq mümkün olacaq. Bu barədə servisin sahibi "Match" şirkətinin birinci rüb üçün maliyyə hesabatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, videoçat funksiyasının yaxın vaxtlarda əlavə ediləcəyi gözlənilir. Ayın əvvəlində analoji funksiya "Match" şirkətinə məxsus "Hinge" proqramında yaradılıb.

Bildirilir ki, əksər insanların distansiyalı təhsil və iş formatına keçdiyi son aylar ərzində "Tinder" proqramının abunəçi bazasında artımın zəif olması məhz video vasitəsilə ünsiyyət qurmaq imkanının olmaması ilə əlaqədardır. Servis rübü 6 milyon ödənişli istifadəçi auditoriyası ilə başa vurduğu halda 2019-cu ilin dekabrında bu göstərici 5,9 milyon təşkil edib - "Tinder" üç ay ərzində yalnız 100 min nəfər cəlb edib. Ötən ilin həmin dövründə servisə 384 min yeni abunəçi qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.