Maraqlı

Feysbuk bu insanlara internet hədiyyə edir

9 May 2020 23:10
0 Şərh     Baxış: 1 159
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Feysbuk, Bitel, Claro, Entel və Movistar mobil operatorları ilə birlikdə saytlara pulsuz girişi təmin edən Discover proqramının sınaqlarına başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, hazırda bu proqram yalnız Peruda fəaliyyət göstərir, istifadəçilərə saytların mətn məzmununa baxmaq üçün 10 meqabaytlıq trafik ayrılıb.

Buna bənzər proqram tezliklə aztəminatlı əhalisi olan bir sıra başqa ölkələrdə də fəaliyyətə başlayacaq. Vətəndaşlara gündə 20 meqabayt ayrılacağı təxmin edilir.

Məlumat üçün bildirək ki, Feysbuk, internet.org və Express WiFi də daxil olmaqla kasıb ölkələrdə yaşayan insanları pulsuz internetlə təmin etmək üçün daha bir neçə layihə hazırlayır. Şirkət bu şəkildə üç milyarddan çox istifadəçisi olan auditoriyasını genişləndirməyə çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.