Maraqlı

Koronavirusu məhv edən ilk vaksin hazırlandı

7 May 2020 20:25
2 Şərh     Baxış: 1 736
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya tədqiqatçıları dünyada koronavirusu məhv edə biləcək ilk vaksini hazırladıqlarını bildiriblər.

Bu barədə "Daily Mail" xəbər yayıb.

Tədqiqatçılar qeyd ediblər ki, tezliklə vaksinin insanlar üzərində sınaqlarına başlamağı planlaşdırırlar. Vaksin artıq gəmiricilər üzərində testdən keçirilib. Alimlər siçanlara iynə vurduqdan sonra onlardan anticisimlər götürüblər. Laboratoriya sınaqlarının ilkin nəticələri göstərib ki, anticisimlər koronavirusun insan hüceyrələrinə yoluxmasını dayandırmağa müvəffəq olub.
Vaksinin hazırlanması ilə məşğul olan şirkətin başçısı bildirib ki, dərmanın genişmiqyaslı sınaqları cari ilin payızına planlaşdırılıb.

"Mən bildiyim qədər, biz dünyada koronavirusu zərərsizləşdirən ilk vaksini nümayiş etdirdik", - o əlavə edib.

Dünyada koronavirus qurbanlarının sayı 263 086 nəfərə çatıb, virusa yoluxan 1 285 591 nəfər sağalıb. COVID-19-a yoluxanların ümumi sayı 3,8 milyonu ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.