Maraqlı

Koronavirusdan bəd xəbər - Bu orqanda yaşayıb, sürətlə çoxalır

7 May 2020 21:35
0 Şərh     Baxış: 3 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlərin koronavirusla bağlı pis xəbərləri var. Onlar koronavirus hissəciklərinin bağırsaq hüceyrələrini də zədələdiyini və orda qalıb çoxaldığını aşkarlayıblar.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu nəticəyə Niderland və Rotterdam institutlarının alimləri gəlib.
Onlar süni insan bağırsağı modelində koronavirus yetişdirərək, bağırsaq hüceyrələrinin yeni virusa reaksiyasını izləyiblər.

Bu elmi iş koronaviruslu xəstələrdə həzm sistemində dəyişikliklər, diareya, qusma, ishalla bağlı simptomları araşdırmaq üçün aparılıb.

Baxmayaraq ki, həzm və tənəffüs orqanları strukturca tamam ayrı orqanlardır, onların eyni oxşar bənzərlikləri də var. Məsələn, bağırsaqlar da ağciyərlər kimi ACE2 reseptorlarına malikdir, virus da burdan hüceyrəyə keçir.

Amma bu vaxta kimi dəqiq məlum deyildi ki, bağırsaq hüceyrələri virusa yoluxub, bakteriyaların çoxalmasına münbit şərait yarada bilərmi?

Bu təcrübədə virus bağırsaqların hüceyrəsinə keçərək, orda sürətlə çoxalıb. Elektron mikroskop vasitəsilə alimlər müəyyən etdilər ki, virus hüceyrələri orqanoidlərin həm xarici, həm də daxilində mövcuddur.

Daha sonra RNK skanlaşdırma ilə bağırsaq hüceyrələrinin koronavirusa reaksiyası yoxlanılıb. Bağırsaqlarda ayrıca genlərin aktivləşib, virusla mübarizəyə başladığı aydın görünüb.

Alimlər bildirir ki, koronavirus tualetdə fekal yolla yayıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.