Maraqlı

Amazon-dan saxta AirPods sifariş verdi və...

7 May 2020 22:20
0 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlayn alış-veriş platforması Amazon-dan saxta AirPods sifariş edən qadın paketi açanda gözlərinə inanmayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Dubayda yaşayan Elizey Amazon vasitəsilə orijinalından 90 avro daha ucuz olan saxta AirPods sifariş edib.

50 avro ödəniş edən Elizeyin sifariş etdiyi AirPods-lar orijinala çox oxşasa da ölçü məsələsində ciddi uyuşmazlıq yaşanıb. Belə ki, məhsulun ölçüləri qulaqlıqdan daha çox səsgücləndiriciyə uyğun gəlir.

Elizey AirPods-un şəklini sosial mediada paylaşaraq "Bu gün Amazon-dan sifariş etdiyim AirPods-ları təslim aldım. İlahi, bunlar çox böyükdür" yazıb.

Elizey sifariş verərkən saxta qulaqlıqların sadəcə səs keyifyyəti və enerji saxlama müddətində fərq olacağını düşünsə də, bu səhnə ilə qarşılaşacağını ağlına da gətirməyib.

Qeyd edək ki, Amazon tərəfi hələlik bu barədə açıqlama verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.