Maraqlı

Nokia şirkəti bu ilin ilk rübündə əldə etdiyi qazancı açıqladı

5 May 2020 20:20
0 Şərh     Baxış: 1 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyaya məxsus Nokia şirkəti bu ilin birinci rübündə 4,913 milyard avro gəlir əldə edib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır. Ötən ilin ilk üç ayında şirkətin 5,032 milyard avro qazancı olmuşdu.

Milli.Az ted.az-a istinadən bildirir ki, şəbəkə avadanlığı seqmentində 5% azalma (məzənnə dəyişikliyi nəzərə alınmaqla 6%) qeydə alınıb.

Bununla yanaşı, il ərzində digər iş sahələrində də gəlirlər azalıb. İlin ilk rübündə Nokia əməliyyat prosesindən 76 milyon avro zərər və 100 milyon avro xalis zərər ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, bir il əvvəl əməliyyat zərərləri 542 milyon avro, xalis zərər isə 442 milyon avro idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.