Maraqlı

Apple rəhbəri dünyanın ən varlı 5-ci adamına iPhone istifadə etməyi öyrətdi

5 May 2020 20:15
0 Şərh     Baxış: 1 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkətinin baş direktoru Timoti Kukun iPhone 11 alan bir müştəriyə smartfondan istifadə qaydalarını öyrətdiyi ortaya çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu müştəri 74,3 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı 5-ci adamı olan Vorren Baffetdir.

Qeyd edək ki, V.Baffet indiyə qədər 20 dollarlıq Samsung telefonu istifadə edirdi. Apple-ın qurucusu Stiv Cobs ona iPhone satmaq üçün hər yola əl atsa da, bacarmamışdı. S.Cobsun ölümündən sonra şirkətin idarəsini əlinə alan T.Kuk da bu "ənənə"dən vaz keçməyib.

Baş direktorun bitməyən təkliflərindən usanan V.Baffet, nəhayət, "ağıllı" telefon almaq qərarına gəlib. O, son vaxtlarda çoxlarının seçimi olan iPhone 11 satın alıb.

V.Baffet açıqlamasında istifadə qaydalarını şəxsən T.Kukun özü öyrədəcəyi təqdirdə smartfon almağa razılaşdığını deyib: "Kaliforniyaya getdim və Tim Kuk məni orta hesabla ikiyaşlı uşaq səviyyəsinə gətirmək üçün saatlarını sərf etdi".

Buna rəğmən iPhone-u tam olaraq istifadə etməyi öyrənə bilmədiyini, ancaq olduqca əyləndiklərini deyən milyarder iPhone 11-dən sadəcə zəng üçün yararlandığını və bu məsələdə hələ də çətinlik çəkdiyini diqqətə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.