Maraqlı

Arktikadakı nəhəng ozon dəliyi bağlandı

5 May 2020 21:40
2 Şərh     Baxış: 1 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Arktika üzərində nəhəng ozon dəliyi bağlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının rəsmi nümayəndəsi Kler Nullis deyib.

O, bu dəliyin bağlanmasının koronavirusla bağlı olmadığını bildirib:

"Arktikada ozon qatının tükənməsi cari ilin martında rekord səviyyəyə çatmışdı. Bu, nadir hal idi. Son dəfə bu 2011-ci ildə qeydə alınmışdı. Buna iki faktorun kombinasiyası səbəb olurdu. Birincisi atmosferdə ozon qatını dağıdan şeylərin mövcudluğunun davam etməsi idi. Digəri meteoroloji şərait idi. Bu il stratosferdə çox soyuq qış keçdi. İndi situasiya normal vəziyyətə qayıdıb və dəlik bağlanıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.