Maraqlı

Əhdi-ətiq və Əhdi-cədid hansı kitablardır?

3 May 2020 22:25
0 Şərh     Baxış: 2 318
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bunlar xristianların və yəhudilrin müqəddəs kitabı Bibliyanı təşkil edən iki hissənin adıdır. Bibliya onlarla kitabın məcmusundan ibarətdir. Bibliyanın tərtib etibarilə əvvəldə gələn 5 kitabı Tövrat adlanır. Tövrat və ondan sonra gələn daha 34 kitab "Əhdi-ətiq", yəni qədim əhd adı ilə tanınır. Bu kitablar zaman etibarilə daha qədimlərə aid olduğu üçün Allahın öz bəndələri ilə qədim əhdi sayılır. Dörd variantda İncil kitabları, apostolların məktubları və sair mətnlər (cəmi 27 mətn) Əhdi-cədidi təşkil edir. Bunlar Allahın öz bəndələri ilə yeni əhdi kimi qəbul edilir. Yəhudilər yalnız Əhdi-ətiqə inanır, Əhdi-cədidi qəbul etmirlər. Xristianlar isə həm Əhdi-ətiqi, həm də Əhdi-cədidi müqəddəs sayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.