Maraqlı

Malware - zərərli proqram nədir?

30 Aprel 2020 22:50
0 Şərh     Baxış: 1 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Malware (zərərli proqram), kompyuterinizə zərər verən müxtəlif pis məqsədli proqramlara deyilir.

Malicious software sözlərinin qısaldılmış versiyası olan Malware (zərərli proqram), pis məqsədli proqram mənasını daşıyır. Zərərli proqramlar kompyuter və mobil cihazların funksiyalarını pozmaq, mühüm məlumatları yığmaq, xüsusi kompyuter sistemlərinə daxilolmanı təmin etmək və istənməyən reklamları göstərmək məqsədilə istifadə edilir.

Pis məqsədli proqramlar, uzun müddət ərzində, yoluxduğu kompyuter sisteminin xəbəri olmadan məlumat toplamaq və casusluq əməliyyatlarını edə bilir. Bununla yanaşı, girdiyi sistemə zərər vermək, təxribat etmək məqsədi də daşıya bilər.

Pis məqsədli proqramlar ümumiyyətlə zərərsiz görünən faylların içində gizlənir.

Casus proqram ya da pis məqsədli proqramlar, bəzən şirkətlər tərəfindən təmin edilən və internet səhifələrindən endirilə bilən proqramların içində gizlədilmiş ola bilər. Bu proqramlar kənardan rahat və cezbedici görünsə belə, bazar üçün statistik araşdırma edən, istifadəçinin hərəkətlərini gizlicə izləyən hissələr ehtiva edir.

Viruslar, kompyuterinizə zərər vermək üçün özünü artıra bilən, sisteminizi poza bilən və məlumatlarınızı yox edəbilən kod parçalarına deyilir. Zərərli proqramlar isə virus ehtiva edən pis məqsədli proqramlardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.